Moskvalılar və paytaxt qonaqları Yeni ili evdə keçirməli olacaqlar, çünki şəhərdəki bütün restoranlar bayram gecəsi üçün bağlı olacaq. Koronavirusla bağlı Rusiyada Yeni il ərəfəsində baş tutan bütün konsert proqramları və mədəni tədbirlərin ləğv olunacağı qeyd olunub. ONN media ölkəmizdə mövcud vəziyyətlə əlaqədar olaraq Yeni il axşamı restoranların fəaliyyət göstərib-göstərməyəcəyini öyrənmək üçün aidiyyəti qurumlarla və müvafiq məkanlarla əlaqə saxlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müəyyən olunacaq: “Yeni il ərəfəsində konsert proqramlarının olub-olmayacağı verilən qərardan asılıdır. Onlar nə qərar qəbul edəcəksə, həmin qaydada hərəkət edəcəyik, hələlik hər hansı konkret tədbirin keçirilməsi gözlənilmir. Nazirlər Kabinetinin qərarını gözləyirik”. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlasaq da, bu barədə heç bir məlumat vermədi. Bəs restoranlar necə? “JW Marriott Absheron Baku”dan əldə etdiyimiz məlumata görə, martdan bəri fəaliyyəti dayandığı üçün Yeni il tədbirlərinin keçirilməsi planlaşdırılmır. “Quba Palace Hotel”in əməkdaşı isə bildirib ki, bu, həm ölkədəki vəziyyət, həm də koronavirus pandemiyasının gedişindən asılı olacaq. “Neolit”in administratorunun sözlərinə görə, bu, yaxın 10 gün ərzində bilinəcək. “Nar & Sharab” restoranından isə bu barədə heç bir məlumatları olmadıqlarını bildiriblər.(publika.az)
Yeni il gecəsi Bakıda bütün restoranlar bağlı olacaq?



Bakıda karantin keçid postları ləğv olundu
Yeni il bayramı ərəfəsində dərslər hansı günlərdə keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Sərt karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama
Toy etmək mümkün olacaq? - RƏSMİ AÇIQLAMA
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandı - XƏBƏRDARLIQ
Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA
Vətəndaşlar icazə ilə evdən çıxa biləcək - Sənəd hazırlanır - RƏSMİ
Nazirlər Kabinetində yeni TƏYİNATLAR - ADLAR
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Rayonlara gediş-gəliş LƏĞV EDİLİR?
190 manatla bağlı daha bir AÇIQLAMA: Məhdudiyyətlər olarsa...
Məhdudiyyətə görə sahibkarlara təzminat veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 