Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi ilə bağlı yubiley medalı təsis edilir. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edib. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır. Xarici və daxili konturların arasında yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı hissədə qövs boyunca “SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ” sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur. Daxili çevrənin içərisində, sol tərəfdə üzəri Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun minalarla örtülmüş aypara, ayparanın daxili çevrəsinin əhatə etdiyi səthin üzərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi həkk olunmuşdur. Emblemdən sol tərəfdə “2012”, sağ tərəfdə “2022” rəqəmləri yazılmışdır. Emblemdən aşağı hissədə “10 il” sözləri qeyd edilmişdir. Bütün yazılar, rəqəmlər və emblem relyefli olaraq qabarıqdır. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qoşa xətlərlə konturlanmış, diametri 30 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Ulduzun aşağı hissəsində medalın seriyası və nömrəsi yazılmışdır. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin üzərində mərkəzdə 3 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq, 4,5 mm enində mavi, 2.5 mm enində tünd göy, 2 mm enində qızılı və 8 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Xara lentin yuxarı hissəsinə üzəri üfüqi zolaqlarla işlənmiş 40 mm x 5,5 mm ölçülü bürünc lövhə bərkidilmişdir. Xara lentin aşağı hissəsinə üzərində yuxarıdan aşağıya doğru kiçilən üfüqi zolaqlar təsvir olunmuş, 40 mm x 5 mm ölçülü bürünc lövhə bərkidilmişdir. Lövhənin mərkəzində, üfüqi zolaqların üzərində, sol və sağ tərəflərdən palıd çələngləri ilə əhatə olunmuş səkkizguşəli ulduz həkk olunmuşdur. Üfüqi zolaqlar, səkkizguşəli ulduz və palıd çələngləri relyefli olaraq qabarıqdır. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
Dövlət Xidmətinin 10 illiyi ilə bağlı yubiley medalı təsis edilir



Azərbaycanda yeni medal təsis edilir
FHN-nin yubiley medalı təsis edildi
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
FHN-in yubiley medalı təsis edilir
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
Azərbaycanda yeni medal təsis olundu
Bu gün deputatlar hansı məsələləri müzakirə edəcəklər? - SİYAHI
Bu gün deputatlar 14 məsələni müzakirə edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 