Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub. ONN media xəbər verir ki, bu vəzifənin səlahiyyətlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb. Qeyd edək ki, T.Hacıyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib. 2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Xatırladaq ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib. O, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini o icra edəcək



Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin etdi
Ramil Usubovdan yeni TƏYİNAT
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Nazir generalı vəzifədən AZAD ETDİ
Vilayət Eyvazov bu şəhərə yeni polis rəisi təyin etdi
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Ramil Usubovdan yeni təyinat
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Xankəndiyə komendant təyin edilən general kimdir? – DOSYE
Başçı oğlunun təyinatı yalan çıxdı - Rəsmi
Vilayət Eyvazovdan daha bir təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 