Noybarın 10-da imzalanmış birgə bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. ONN media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Spiker bildirib ki, bu bəyanatdan narazı qalan bəzi qüvvələr də var. Onun sözlərinə görə, belə qüvvələrdən biri Fransaddır: “Fransa münaqişənin ilk günündən qərəzli mövqe ortaya qoyub. Həmçinin Fransa Senatında Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış “qurumla” bağlı qətnamə irəli sürülüb. Sadalanan faktlar sübut edir ki, Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikllərinə ziddiyyət təşkil edir. Vasitəçi mandatı beynəlxalq hüquqa söykənir. Milli Məclisin Fransa ilə işçi qrupun üzvləri də bu məsələyə diqqət yetirməlidirlər”. Milli Məclisin komitə sədri Səməd Seyidov da Fransanın Azərbaycanla bağlı tutduğu mövqeni kəskin tənqid edib, bunu qərəzli sayıb. Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycan hökuməti Fransanın hərəkətləri ilə bağlı addımlar atacaq: "Fransada siyasi partiyaların, Prezident Makronun mövqeyi bəllidir: “Bu yaxınlarda parlamentdə təmsil olunan siyasi partiyaların bəyanatı olmuşdu. Eləcədə ölkədə fəaliyyət göstərən siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının mövqeyi ifadə edilmişdi. Hesab edirəm ki, bu məsələdə vahid mövqe var. Ehtiyac olsa Fransa parlamentinə müraciət edə bilərik".
Fransanın mövqeyi parlamentdə kəskin TƏNQİD EDİLDİ

