1 dekabr 2022-ci il tarixində Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.
Bu barədə ONN media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib.
Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.
Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.
Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.
Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.
Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib



Azərbaycan Fransaya nota verdi
Azərbaycan XİN Fransa Senatının qətnaməsinə sərt reaksiya verdi
Səfir XİN-ə çağırıldı, Fransaya NOTA VERİLDİ
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Azərbaycan Fransaya NOTA VERDİ
SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
Azərbaycan Fransaya nota verdi – Səfir XİN-ə çağırıldı
Rəsmi Bakıdan Mirzoyanın təxribatına cavab
Azərbaycan XİN-dən SƏRT CAVAB
Ceyhun Bayramov Fransa ilə münasibətlərdən danışdı
Azərbaycan XİN Fransaya nota verdi
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edirik - XİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 