Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. Dövlət başçısı bildirib: " Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik".
Ermənistan müharibə aparılmasının bütün normalarını kobud şəkildə pozub - Prezident



SON DƏQİQƏ: Prezident 4 tvit paylaşdı
İlham Əliyev Sergey Şoyqunu qəbul etdi
Lukaşenko İlham Əliyevə zəng etdi
Vətən müharibəsi xronikası: 1 noyabr
Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq - Prezident
Azərbaycan Prezidentindən SƏRT SÖZLƏR: "Onlar alçaq hərəkətlərə əl atırlar"
Gəncədə törədilən növbəti terrordan 2 il ötür
Ölkə başçısı: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
Prezident Şoyqu ilə görüşdü
Gəncə təxribatından 1 il ötür: Ombudsmandan bəyanat
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 