Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə parlaq incilər bəxş edən, musiqinin müxtəlif janrlarında ölməz əsərlər yaradan, Azərbaycanın Dövlət Himninin möhtəşəm melodiyasını yazan, opera sənətimizin zirvəsi sayılan “Koroğlu”nun uvertürası ilə vətənpərvərlik duyğularımızı coşduran böyük sənətkarın ruhu bu gün şaddır.
Çünki Üzeyir bəyin doğma şəhəri, boya-başa çatdığı musiqi beşiyi, millətimizin qürur rəmzi, Qarabağımızın baş tacı olan Şuşa noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilib. Xalqımızın 28 illik Şuşa həsrətinə son qoyulub.
1959-cu ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyi yaradılmışdı. Respublika Mədəniyyət Nazirliyi, Azərbaycan Elmlər Akademiyası, Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə fəaliyyətə başlayan muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid əşyalar, əsərlərinin əlyazmaları, digər eksponatlar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilirdi. 1975-ci ildə dahi bəstəkarın Bakı şəhərində ev-muzeyi açılandan sonra da Şuşadakı muzey Üzeyir irsini yaşadan mədəniyyət ocağı kimi fəaliyyətini davam etdirib.
Bəstəkarın anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunub. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkələrindən gəlmiş qonaqlar dahi bəstəkarın Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdi.
1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırdı. İşğal öncəsi muzeyin eksponatlarının – bəstəkara məxsus əşyaların düşmən əlinə keçməsinə yol verilmədi. Bu eksponatlar hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılır.
Şuşadan gətirilmiş eksponatlar arasında Üzeyir bəyin şəxsi əşyaları, uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori Seminariyasında ifa etdiyi skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar var. Bu eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.
Üzeyir bəyin xatirəsini yaşadan bu dəyərli eksponatların dahi bəstəkarın doğma şəhərinə, doğma evinə qayıdacağı, Şuşadakı ev-muzeyinin bərpa olunaraq fəaliyyətə başlayacağı günə isə az qalıb.
“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edildi



Üzeyir Hacıbəyov 23 noyabrda vəfat edib
23 noyabr Üzeyir Hacıbəyovun vəfat etdiyi gündür
Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyi bərpa edilir
Bu gün Üzeyir Hacıbəyovun doğulduğu gündür
23 noyabr Üzeyir Hacıbəyovun vəfat etdiyi gündür
Müsəlman olan ilk opera müəllifi Üzeyir bəy Hacıbəyli
18 SENTYABR Üzeyir Hacıbəyovun doğulduğu gündür
Müsəlman olan ilk opera müəllifi Üzeyir Hacıbəyov
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anıldı
18 sentyabr Üzeyir Hacıbəyovun doğulduğu gündür
Şuşada Milli Musiqi Günü keçirildi
Bakı Musiqi Akademiyasının yubileyi keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 