Avropa Birliyinin (AB) “İrini” əməliyyatı çərçivəsində Türkiyə bayrağı ilə hərəkət edən ticarət gəmisinə müdaxiləsi ətrafında qalmaqal davam edir. ONN media xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb. Nəşr yazır ki, Ankara beynəlxalq hüquq normaları çərçivəsində ilk olaraq AB, İtaliya və Almaniyanın Türkiyədəki səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb: “Burada səfirlərə Türkiyənin icazəsi olmadan “Roseline-A” gəmisinə hərbi müdaxilə edilməsinə və qanunsuz yoxlanılmasına etiraz edilib. Eyni zamanda, nota verilib. Notada baş verən hadisənin beynəlxalq hüquq normalarına zidd olduğu bildirilib. Türkiyə nota verməklə yanaşı, tərəflərdən üzr gözlədiyini açıqlayıb. Ankara hadisəyə bənzər reaksiya verməsində heç bir əngəlin olmadığını bildirir. Misal, Yunanıstan bayraqlı ticarət gəmilərinin sıx fəaliyyət göstərdiyi Aralıq dənizinin şərq hissəsində qarşılıqlı prinsipin tələbləri beynəlxalq hüquq çərçivəsində tətbiq oluna bilər. Yəni, türk donanmasının Liviya sularındakı hərbi gəmiləri də yeni təzyiq və təxribatlara qarşı hazır vəziyyətə gətirilib”.



SON DƏQİQƏ: Türkiyə Avropa İttifaqına və daha iki ölkəyə NOTA VERDİ
Türkiyə iki ölkəyə və Avropa İttifaqına NOTA VERDİ
Daha bir türk gəmisinə hücum edildi
Türkiyədən düşmənlərinə MESAJ - Buna yol verməyəcəyik
Əli Əsədov Özkaya ilə görüşdü
Ukraynadan Türkiyəyə nota
Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırıldı - SƏBƏB?
Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı, ordu hazır vəziyyətə gətirildi - Müharibə HƏR AN...
Türkiyədən Yunanıstana İSMARIC
Yunanıstan Azərbaycanlıların olduğu gəmiyə atəş açıb
Türkiyə gəmiləri bu sulara daxil oldu - AB-dən etiraz
Belarus Ukraynaya nota verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 