Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması məsələsinə aydınlıq gətirilib. ONN media bildirir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. O qeyd edib ki, bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur: “Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər”.
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - RƏSMİ CAVAB



Ceyhun Bayramov onunla Qarabağdakı vəziyyəti müzakirə etdi
XİN-dən Ayvazyanın Qarabağa qanunsuz səfərinə REAKSİYA
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ermənistanın təxribatına XİN-dən REAKSİYA
Ceyhun Bayramovdan Ermənistana: Hərbiçilərinizi çıxarın!
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki... - Prezident
Bayramov Lavrovla üçtərəfli bəyanatın icrasını MÜZAKİRƏ ETDİ
Bu görüşlər sülh sazişinin hazırlanmasında mühüm mərhələdir - Ceyhun Bayramov
Ceyhun Bayramov həmsədrlərlə görüşdü
Bayramov və Lavrov arasında telefon danışığı oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 