Rusiya Qarabağdakı sülhməramlı kontingentini gücləndirir. ONN media xəbər verir ki, bu gün Qarabağa Rusiyanın Şərqi Hərbi Dairəsindən xüsusi təyinatlı tibbi heyət gətirilib. Bundan əlavə, əraziyə “Leer 3” radioelektron mübarizə kompleksi yerləşdirilib. “Leer 3”ə mobil telefonlara mətn, foto və video göndərmək imkanına malik bir neçə dron daxildir. Bu baxımdan, hərbi leksikonda “Leer 3” mobil silah adlandırılır. Müdafiə sahəsindəki mənbələr “İzvestiya” qəzetinə bildirib ki, bu dronlar humanitar əməliyyatlar zamanı yerli əhalini məlumatlandırmaq üçün istifadə ediləcək. “Leer 3”dən Suriyada da istifadə olunub. Kompleksə həmçinin radioelektron mübarizə üçün modifikasiya edilmiş 3 “Orlan 10” Pilotsuz Uçuş Aparatı (PUA) və KamAz-5350 yük maşınını idarəetmə paneli daxildir. 2015-ci ildə istifadəyə verilən kompleksin ilkin vəzifəsi GSM mobil siqnallarını sıradan çıxarmaq olub. İki il sonra isə 3G və 4G dalğalarını zəiflətmək üçün imkanları artırılıb. “Leer-3” mobil qülləni təqlid edərək müəyyən bir ərazidə saatlarla çaşqınlıq yarada bilər. Bu kompleks ümumiyyətlə şəbəkə olmayan ərazilərdə fəaliyyət göstərmək imkanına malikdir. Telefonlar avtomatik olaraq dron olan ən güclü siqnal mənbəyinə qoşulur. Elektron mübarizə üçün təkmilləşdirilmiş vasitələrin dəqiq xüsusiyyətləri açıqlanmır. Lakin “Orlon-10” PUA-nın kəşfiyyat versiyası 10-12 saat havada qala bilir. /Yenisabah.az/
Rusiya Qarabağa PUA-lar gətirdi



Rusiya niyə özü PUA istehsal edə bilmir?
Qarabağa 8 hərbi helikopter göndərildi - SƏBƏB...
Rus həkimləri Qarabağa yola düşdü - VİDEO
Mobil telefonla şəkil çəkənlər cərimələnəcək
Azərbaycanın bu dəhşətli silahı ermənilərin kabusu olacaq - Aylar sonra...
57-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya Ukraynada məhv etdiyi texnikaların sayını açıqladı
1100-dən çox sülhməramlı Qarabağa YERLƏŞDİRİLDİ
Rusiya “Orion” dronunun şok versiyasını ilk dəfə təqdim etdi
Qarabağda hərbi polislər də olacaq
Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi: Ruslar ŞOKDA
Rusiya FHN Qarabağa humanitar yardım göndərdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 