Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb. Bu barədə ONN media -ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə “heroin” və 115 ədəd “Metadon-40” həbləri aşkar olunaraq götürülüb. Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib. Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib. Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İran-Azərbaycan sərhədində əməliyyat - HƏBS EDİLƏNLƏR VAR



İranla sərhəddə əməliyyat: çoban saxlanıldı
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər SAXLANILDI
İranla sərhəddə atəş açıldı
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
DSX əməliyyat keçirib- Saxlanılanlar var
İran-Azərbaycan sərhəddində GƏRGİNLİK
İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var
SON DƏQİQƏ! DSX əməliyyat keçirdi: Tutulanlar var
Sərhəddə atışma: yaralanan var - DSX
DSX: Sərhəd pozucuları belə saxlanıldı - FOTO
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
İranla sərhəddə insident yaşanıb- ATƏŞ AÇILDI
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 