Bütün dünyada sürətlə genişlənən yeni növ koronavirus (COVID-19) infeksiyasının Türkiyədə də yayılması sürətlənib. İnfeksiyadan qorunmaq üçün təmizlik, maska taxmaq və sosial məsafəyə əməl etmək lazımdır. Qaydalara əməl etməklə özümüzün təhlükəsizliyinə kömək edərik.
ONN media xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra əhaliyə müraciətində ifadə edib.
Türkiyənin COVID-19 infeksiyası ilə mübarizədə sistemli tədbirlər gördüyünü diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, gələn aydan etibarən məlum infeksiyaya qarşı peyvəndin tətbiqi nəzərdə tutulub və peyvəndləmədə ilk sırada səhiyyə işçiləri dayanacaqdır.
İnfeksiyanın yayılma təhlükəsindən bəhs edən dövlət başçısı riskləri azaltmaq üçün tətbiq olunan yeni məhdudiyyətlər barədə ictimaiyyəti məlumatlandırıb. Beləliklə, yeni məhdudiyyətlərə əsasən, həftənin ilk beş günü Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
Dövlət başçısı çıxışında gündəlikdə olan digər məsələlər barədə də geniş məlumat verib.



Meşə yanğınları nə qədər hektarı əhatə edib? - Ərdoğan AÇIQLADI
Ərdoğan kabineti TOPLADI, MESAJ VERDİ
Türkiyə hökumətinin növbəti iclası keçirilib
Ərdoğan AÇIQLADI: "Çətinliklər gələn il arxada qalacaq"
Ərdoğan nazirləri toplayıb ÇAĞIRIŞ ETDİ
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
Ərdoğan Şarl Mişelə son sözünü dedi: mümkün deyil...
Ərdoğan Ermənistanın hücumlarından DANIŞDI
Həyat yoldaşı Ərdoğananın səhhətindən YAZDI
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 