Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək.
ONN media bildirir ki, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Modern.az-a danışıb.
O, paradın tarixi barədə hələlik məlumatsız olduğunu deyib: "Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildirmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik.
Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə olacaq, bunu rəsmi qurumlar açıqlayacaqlar”.
Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:"Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyi ilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.



SON DƏQİQƏ! Ərdoğan Bakıya gəlir
Bakıda "Zəfər paradı" keçirilir - CANLI YAYIM
Hərbçilərimiz Minskdə hərbi paradda - Foto
Bu gün hərbçilərimizin MÖHTƏŞƏM PARADI OLACAQ
Zəfər gününün tədbirlər planı təsdiqlənib - Parad GÖZLƏNİLİR
Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri davam edir
Bakıda parada hazırlıq başladı - FOTOLAR
Qələbə paradının aparıcısı məlum oldu - FOTO
Qırıcı və helikopterlər Bakı səmasında - FOTOLAR
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib
Azərbaycanın ən müasir texnikaları Zəfər paradında nümayiş etdirilir
Xankəndidə qələbə paradına hazırlıq - Ermənistanda isteriya yaşanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 