“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir.
MN -dən ONN media -ya verilən xəbərə əsasən, səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.



İlham Əliyev ordu ilə bağlı mühüm sərəncam imzaladı - Bu şəxslər TƏRXİS EDİLİR
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmışların tərxis edilməsinə başlanıldı
Ölkə başçısından FƏRMAN
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
23 min 500-dən çox vətəndaş orduya yazıldı - Rəsmi
Səfərbərlik xidməti çağırışçılara müraciət etdi: İyunun 25-30-da...
Çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirildi
Hərbi qulluqçular BU TARİXDƏ TƏRXİS EDİLƏCƏK - Prezident imzaladı
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 