Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırki hakimiyyətə yükləməyə çalışır.
ONN media xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
“O səviyyəyə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il əvvəl olub”, - Paşinyan deyib.
Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib:
“Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”.
Qeyd edək ki, ötən gün "5-ci kanal"a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.(axar.az)



15 il öncə Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq- PAŞİNYAN
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
Paşinyandan Rusiyanı qəzəbləndirəcək Hadrut açıqlaması
Paşinyandan KRİTİK AÇIQLAMA: "100 ildən sonra..."
Nikol müraciət etdi, ancaq Qarabağın adını çəkmədi...
Zakir Həsənov İrana getdi
"Ermənistan güzəştə getməyə hazırdır" - Paşinyan
İrəvan Türkiyəyə iddialarından əl çəkir
Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Paşinyandan ETİRAF: Torpaq vermədik, öz sərhədimizə qaytdıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 