Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib. DSX-nin Mətbuat Mərkəzindən ONN media -ya bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər. Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər: - Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı; - 35 yaşı keçməməli; - Fiziki cəhətdən sağlam olmalıdırlar. Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur. Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər: - Həkim-terapevt; - Həkim-ümumi cərrah; - Həkim-stomatoloq; - Həkim-sanepidemioloq; - Həkim-dermatoloq; - Həkim-infeksionist; - Həkim-otolarinqoloq; - Həkim-laborant; - Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər; - Feldşer; - Feldşer-laborant; - Diş texniki. Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər: - Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı; - Fiziki cəhətdən sağlam olmalı; - Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar. Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Bu şəxslərin DİQQƏTİNƏ: Xidmətə qəbul elan edildi



DSX həqiqi hərbi xidmətə qəbul elan etdi
Müdafiə Nazirliyi işə qəbul ELAN EDİR
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ
MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış başlayıb
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 