Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısının təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanla “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır: - “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur). - Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının sahibləri və ya operatorları həmin informasiya sistemlərinin və ehtiyatlarının “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiyası zamanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərini nəzərə alsınlar. - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemləri və ehtiyatları ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin. *** “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının SİYAHISI Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Prezidentdən övladlığagötürmə ilə bağlı FƏRMAN



Prezident 2 fərman imzaladı
Prezidentdən övladlığagötürmə ilə bağlı FƏRMAN
Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə
İlham Əliyev FƏRMAN İMZALADI
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
Baş nazirdən övladlığagötürmə ilə bağlı VACİB QƏRAR
İlham Əliyevdən VACİB FƏRMAN
Ölkə başçısından vacib FƏRMAN
Bu qurum "Asan Xidmət" dən alındı
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
Prezident fərman imzaladı
Övladlığa götürmə qaydaları DƏYİŞİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 