Dekabrın 11-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentini Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması münasibətilə səmimi qəlbdən təbrik edib, qardaş ölkənin dost xalqına sülh və firavanlıq arzulayıb. Dövlət başçıları bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə ümidvar olduqlarını bildiriblər. Söhbət zamanı Özbəkistan-Azərbaycan çoxplanlı münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dərin məmnuniyyət hissi ilə qeyd edilib ki, pandemiya ilə bağlı mürəkkəb dövrdə göstərilən qarşılıqlı dəstək iki dövlət arasında çoxəsrlik dostluğu və əməkdaşlığın strateji xarakter daşımasını bir daha nümayiş etdirib. Dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılmasına, sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm və digər sektorlarda aparıcı müəssisələrin kooperasiyasının genişlənməsinə yönəlmiş birgə proqramların və layihələrin fəal surətdə həyata keçirilməsinin vacibliyini ayrıca qeyd ediblər. Tərəflər regionlararası və mədəni-humanitar mübadilələri intensiv şəkildə davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev qlobal və regional strukturlar çərçivəsində sıx dialoq saxlamaq barədə razılaşıb, yüksək səviyyədə gələcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi



İlham Əliyev Özbəkistanın Prezidentinə zəng vurub
Şövkət Mirziyayev İlham Əliyevə zəng etdi
Daha üç ölkənin prezidentləri İlham Əliyevi təbrik edib
Putin İlham Əliyevə zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Mirziyayev İlham Əliyevə zəng etdi
Emoməli Rəhmon İlham Əliyevə zəng etdi
Qazaxıstan Prezidenti İlham Əliyevə zəng etdi
Qazaxıstan Prezidenti İlham Əliyevə telefonla zəng etdi
Makron İlham Əliyevə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 