ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər. Buğa - münasibətlərdə harmoniyanı qısqanclıq və şübhə poza bilər. Gəlir və hədiyyə istisna deyil. Onlar gözlədiyiniz qədər böyük olmayacaqlar. Əkizlər - adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin. Xərçəng - qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Şir - dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyinizi almaq istədiyiniz insanlarla görüş üçün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Əyləncə isə ümidləri doğrultmayacaq. Qız - günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil. Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın. Tərəzi - səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var. Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın. Əqrəb - yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər. Günün ikinci yarısında problemlərinizi inandığınız insanlarla müzakirə edin. Oxatan - özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin. Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz. Dolça - köç, təmir, interyer dəyişikliyi məsləhət deyil. İstənilən texnikadan istifadə edəndə diqqətli olun. Səfər və ya səyahət çox vaxt alacaq. Axşam saatlarında stresslərdən qurtularaq dincəlməyə çalışın. Balıqlar - planları sürətlə dəyişmək lazımdır və bu, təbii ki, sizi sevindirmir. Əvvəlcədən qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyir, amma bunu mövcud situasiyada necə etmək gərəkdiyini bilmirsiniz.(milli.az)
Günün qoroskopu: güzəştlərə getməyi bacarın



Günün qoroskopu: Emosional fon mürəkkəbdir
Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
Günün qoroskopu: gəlir və uğurlu sərmayə istisna deyil
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın
Günün qoroskopu: Gəlirlər istisna deyil
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Yeni işlərə həvəslə başlaya bilərsiniz
Günün qoroskopu: Kimsə aqressiv, soyuq və ya laqeyd münasibətinizdən şikayətlənməməlidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 