Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Dağlıq Qarabağdakı müharibəni daha tez və daha az itki ilə dayandırıla biləcəyini açıqlayıb. ONN media xəbər verir ki, bu barədə “Novosti Armenia” agentliyi Arutyunyanın açıqlamasını sitat gətirərək məlumat verir. Separatçıbaşının sözlərinə görə, bu 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var. “Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkiləri var idi”, – Araik Arutyunyan deyib. Arutyunyanın sözlərinə görə, ikinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və daha az itkilərlə erkən bitirməyin mümkün olub-olmaması, üçüncü sual – Ermənistan Silahlı Qüvvələrini əvvəlcədən müharibəyə daha yaxşı hazırlamaq mümkün deyildimi? “Son iki sualın cavabları müsbətdir, amma detallarını növbəti dəfə təqdim edəcəyəm”, – Arutyunyan bildirib. Arutyunyan istefaya hazır olduğunu da açıqlayıb, ancaq “prezident və parlament seçkilərinin çətinliklərinin öhdəsindən gəlmək” üçün şərt irəli sürdü. Eyni zamanda, Arutyunyan “Azad Vətən” partiyasının sədri vəzifəsindən imtina etdiyini əlavə edib. (Virtualaz.org)
Arutyunyan istefaya gedir


Arutyunyan Moskvaya gedir - SƏBƏB?
Arutyunyandan ŞOK ŞUŞA ETİRAFI
Arutyunyan erməni jurnalisti təhdid edir
Vaqarşak Arutyunyan Xankəndiyə gəldi
Arutyunyandan ETİRAF: Azərbaycan Ordusu Qarabağın dərinliyinə daxil oldu
İrəvanda istefalar dayanmır: General da istefaya getdi
Arayik Arutyunyanın saxlanma anı - FOTO
Azərbaycan Ordusunun qorxusu Arutyunyana bunu da etdirdi...
Paşinyan Arutyunyanı Moskvaya səfir göndərir
Arutyunyan Xankəndidən qaçmağa hazırlaşır
Ermənistanda yenə gərginlik- Nə baş verir?
Azərbaycan tələb edir - Arayik
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 