Dekabrın 17-də Azərbaycan Respubliksanının Prezidentinin 14 dekabr 2020-ci il traixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin Sərəncamı dərc edilib. ONN media xəbər verir ki, Sərəncama əsasən işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Vəsaitlər işçi qrupları tərəfindən hesablanmış və təqdim olunmuş siyahılar əsasında aşağıdakı qaydada bölüşdürülür: - Gəncə Şəhər İcra Hakimiyyəti: 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manat; - Mingəçevir Şəhər İcra Hakimiyyəti: 67 000 (altmış yeddi min) manat; - Ağdam Rayon İcra Hakimiyyəti: 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manat; - Ağcabədi Rayon İcra Hakimiyyəti: 586 000 (beş yüz səksən altı min) manat; - Bərdə Rayon İcra Hakimiyyəti: 233 000 (iki yüz otuz üç min) manat; - Beyləqan Rayon İcra Hakimiyyəti: 124 000 (bir yüz iyirmi dörd min) manat; - Cəbrayıl Rayon İcra Hakimiyyəti: 41 000 (qırx bir min) manat; - Naftalan Rayon İcra Hakimiyyəti: 4 000 (dörd min) manat; - Tərtər Rayon İcra Hakimiyyəti: 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manat; - Füzuli Rayon İcra Hakimiyyəti: 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manat; - Goranboy Rayon İcra Hakimiyyəti: 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manat. IVəsaitlər İcra hakimiyyətlərinin müvafiq xəzinə hesabına ödəniləcək. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edərək, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edəcəklər. İlkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur. İşçi Qruplarının fəaliyyəti nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb. 222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub. Prezidentin müvafiq Sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində ilkin mərhələdə evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə 3.151. 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur. Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar. Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.
Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 143 ailəyə yardım ediləcək



Mülki əhaliyə dəymiş ziyanın ödənməsi üçün vəsait ayrıldı
İlham Əliyev sərəncam imzaladı
Bu şəxslərə PUL VERİLƏCƏK - SƏRƏNCAM
İlham Əliyev mülki əhaliyə dəyən zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş vətəndaşlara maddi yardım göstərilir
Prezident sərəncam imzaladı - PUL AYRILDI
Prezidentdən işğaldan azad edilən ərazilərlə bağlı SƏRƏNCAM
Tovuzdakı bu evlər sökülməyə başladı
Prezidentdən Tovuzla bağlı VACİB SƏRƏNCAM
Prezidentdən Tovuzla bağlı VACİB SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 