İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi üzrə mənzillər mənzil fonduna daxil edilib. Fonddan bildirilib ki, yeni kompleks Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 132 mənzil təklif olunur. Qeyd olunan yaşayış kompleksində təklif edilən mənzillərin aylıq ödənişləri 449 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər. Hazırda yeni ünvan da daxil olmaqla fondun balansında olan satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda yerləşir. Bu yaşayış sahələrinin dördü Bakıda, 2-si Sumqayıtda, 2-si isə Xırdalandadır. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür. Sənədlər fonda təqdim edildikdən sonra ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (“www.mcgf.gov.az”), habelə “1549” Çağrı mərkəzinə zəng etməklə, həmçinin “Elektron ipoteka və kredit zəmanət” sistemindən (EİKZS) istifadə ilə bağlı məlumatı sistemdə yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Kirayə yolu ilə mənzili almaq istəyənlərə ŞAD XƏBƏR



Abşeron və Sumqayıtda ucuz ev almaq istəyənlərə sevindirici xəbər – İlkin ödənişsiz....
İpoteka Fondundan vətəndaşları SEVİNDİRƏCƏK XƏBƏR
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Mənzil almaq indi daha da sadələşir
Kirayə qalanların DİQQƏTİNƏ
Almaq məqsədilə kirayə evləri necə götürək? – Fərman
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Artıq kirayə qaldığınız mənzili ala biləcəksiniz
Aylıq kirayə ödə, 25 ilə ev sahibi ol – Şərtlər
Kirayəyə veriləcək mənzillərin qiymətləri AÇIQLANDI
Kirayə mənzillərin satışında problem YARANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 