Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanda yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) üzvü olan bir qrup qazi və şəhid valideynləri ilə görüşüb.
Görüşdə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adını almış Saatlı rayonu Nəsimikənd sakini əsgər Murad Əflətovun, Saatlı rayonu Günəşli kənd sakini şəhid Zeynalı Dursunovun, Şirinbəy kənd sakini şəhid Səlim Cabbarovun, Sabirabad rayonu Əhmədabad kənd sakini şəhid Elxan Muradovun valideynləri iştirak edib.
Övladları Azərbaycanın Vətən Müharibəsində qazi və şəhid olan Axıskalı valideynlərlə görüşdə, Q.Paşayeva, Axıska Türklərinin onun üçün çox doğma olduğunu bildirib.
Q.Paşayeva “Vətən Müharibəsində igidliklə döyüşən şəhidlərimizin ailələri və şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı qazilərimizə tezliklə sağalmalarını diləyirik, hər zaman yanınızda olduğumuzu bildiririk” deyib. O, övladı şəhid və qazi olan valideynləri tarixi qələbəmiz münasibəti ilə təbrik edib, “bu qələbə münasibəti ilə təbriki ən çox haqq edənlər sizlərsiz” deyib və Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.
Pandemiya məhdudiyyətləri səbəbindən ailələrlə ayrı-ayrılıqda keçirilən görüşlərdə, ATVİB başqanı İsmayıl Rəhimov başda olmaqla Birliyin rəhbərliyi, “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova iştirak edib.



Millət vəkili şəhid atası ilə görüşdü
Qənirə Paşayeva şəhid zabitin ailə üzvləri ilə görüşdü
Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası ilə görüşdü
Millət vəkili şəhid gizirin ailəsi ilə görüşdü
Deputat Azdramın qazi əməkdaşları ilə görüşdü
Qənirə Paşayeva Cuqoşvili ilə görüşdü
Vətən müharibəsində şəhid olmuş Cəlal Bayramov Saatlıda dəfn edildi
Qənirə Paşayeva ATVİB-nin başqanına təşəkkür etdi
Sabirabadda şəhid dəfn edildi
Vətən Müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
Paşayeva icra başçılarına çağırış etdi
Vətən müharibəsi şəhidlərinin yeni siyahısı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 