2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda, 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.
Bu barədə gələn ilin dövlət büdcəsi layihəsində bildirilir.
Sənədə əsasən, 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları), yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.
2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.4-cü maddəsinə əsasən 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi (8000,0 manatdan yuxarı əməkhaqlarından 0,5 faizi) həcmində icbari tibbi sığorta haqqı ödənilməlidir. (baku.vs)
Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat (Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla) məbləğdə vəsait nəzərdə tutulmuşdur.



Baş nazirdən icbari sığorta ilə bağlı VACİB QƏRAR
Aprel ayı üçün nazirlərin və komitə rəhbərlərinin qəbul günləri açıqlandı - SİYAHI
Baş Nazirdən daha bir qərar: 90 manat...
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Yanvarın 1-dən etibarən hər ay MAAŞINIZDAN BU QƏDƏR TUTULACAQ
Oktyabr ayı üçün nazirlərin qəbul cədvəli açıqlandı
Aprelin 1-dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik? - RƏSMİ CAVAB
Prezident apreldə nazirləri bu rayonlara göndərəcək- CƏDVƏL
Qəbul imtahanlarının vaxtı açıqlandı
Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb
Nazirlərin mart ayı üçün qəbul günləri açıqlandı- CƏDVƏL
Prezident fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 