Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fondunun ilk 10 günündə görülən işlər barədə hesabatını açıqlayıb. Dövlət Agentliyindən verilən məlumatda deyilir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. - Fondun fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib. Azərbaycan Beynəlxalq Bankında Azərbaycan manatı və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) Fonda hesablar açılıb. - Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq. - Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Həmçinin qruplar planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. - Bu kateqoriyadan olan 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb. - Şəhid və yaralıların ailələrinə baş çəkilməsi zamanı dəqiqləşdiriləcək informasiyalardan ibarət vahid anket forması hazırlanıb. Fondun sosial şəbəkələrdə rəsmi səhifələri yaradılıb. - İnternet portalının yaradılması prosesi sürətlə davam etdirilir. Portalda ianə edənlərin və yardım olunan şəxslərin şəxsi kabineti olacaq. Hər bir yardım barədə foto və videomateriallar portalda yerləşdiriləcək. - “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə havalə olunub. - "YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar.
“YAŞAT” Fondu hesabat verdi



“YAŞAT” Fondunun bank rekvizitləri açıqlandı
“YAŞAT” Fonduna bir günə nə qədər vəsait ianə edildi?
Bu qurum “YAŞAT” Fondunun sərəncamçısı müəyyən edildi
MEK-in əməkdaşları “YAŞAT” fonduna növbəti dəfə ianə ediblər
Naxçıvanda Vətən müharibəsinə görə FOND YARADILDI
YAŞAT şəhid ailələri və qazilərə nə qədər vəsait xərcləyib?
Prezident şəhid və qazilərlə bağlı mühüm FƏRMAN İMZALADI
YAŞAT Fonduna rəhbər və müdir müavini seçildi
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
“YAŞAT” Fondu üç qazini əməliyyat etdirdi
Daha 4 qazimiz sağalaraq Vətənə geri döndü
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 