Dekabrın 22-də Türkiyə ordusu Aksaz bölgəsində, Aralıq dənizinin beynəlxalq sularında və hava məkanında hərbi təlim keçəcək.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi təlim Hava Hücumundan Müdafiə Komandanlığının, eləcə də Döyüş Hava Qüvvələri Komandanlığı və Birləşmiş Hərbi Hava Əməliyyatları Mərkəzi Komandanlığının rəhbərliyi altında baş tutacaq.