İctimaiyyətə bəlli olmayan səbəblərdən Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib. Bu sözləri “Anaket” analitik mərkəzin rəhbəri Tiqran Abrahamyan deyib. O bildirib ki, Gorus-Qafan yolunun çox hissəsinin Azərbaycanın nəzarətinə keçməsi nə Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi, nə də noyabrın 9-da imzalanan üçtərəfli bəyanatla əlaqəlidir. “Sünik bölgəsinin bir hissəsi Qubadlı və Zəngilan bölgələri ilə həmsərhəddir. 9 noyabr tarixindəna etibarən sərhədlərin yenidən dəqiqləşdirilməsinə başlananda Zəngilan və Qubadlının bəzi hissələri hələ də bizim nəzarətimizdə idi. Lakin indi naməlum səbəblərdən Azərbaycana verilib. Yeri gəlmişkən, bənzər bir səbəbdən, eyni şəraitdə, Qarabağın Hadrut bölgəsindəki Xısaberd və Xin Taxer kəndləri, cənubda strateji əhəmiyyətə malik Dizapayt dağı Azərbaycana verilib. Milli Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, İstintaq Komitəsinə, Müdafiə Nazirinə, habelə Qarabağın oxşar strukturlarına müraciət edərək bu əraziləri hansı şəraitdə, necə və kimin Azərbaycana təhvil verdiyini öyrənmək xahişi ilə müraciət edirəm”, – deyə o əlavə edib. (yenisabah.az)
Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib



DİQQƏT- Bu yol yenidən bərpa olundu
Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...
Ermənilər Zeyvə kəndini tərk edir
Bu ərazilər də Azərbaycanın nəzarətinə keçdi - Ermənilərdən ETİRAF
Ermənilərə DAHA BİR ŞOK: Hava limanı Azərbaycanın nəzarətinə keçdi
İran maşınları İrəvana Azərbaycandan gedir- Bəs Azərbaycanın qazancı nədir?
Gorus-Qafan yolundan yeni görüntülər yayıldı - VİDEO
Paşinyan ETİRAF ETDİ: Əmr verdim ki...
Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi
Qafan-Gorus yolunda SON VƏZİYYƏT: ermənilər təşvişdədir
Erməni həyasızlığı: indi də sərhəd davasına qalxırlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 