Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər. Bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilana səfəri zamanı deyib. Dövlət başçısı bildirib: "Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır. Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər. Qubadlının Xanlıq kəndi. Xanlıq kəndi uğrunda şiddətli döyüşlər gedirdi. Ermənilər bizim bu tarixi, qədim kəndimizə eybəcər ad veriblər. Xanlıq kəndi Qubadlı rayonunun ərazisində yerləşir. Biz indi Qubadlı rayonunun ərazisindəyik. Ermənilər Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurmuşdular. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Baxın, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb".
Başınıza dəysin bu qətnamələr - Prezidentdən SƏRT ÇIXIŞ



İlham Əliyev AÇIQLADI: Böyük qürur hissi ilə deyirəm ki...
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
29 oktyabr Zəngilan rayonunun işğalı günüdür
Prezidentdən SƏRT ÇIXIŞ: Bu ağ yalandır!
Prezident: "Zəngilan məscidi bərpa edilir, orada lövhələr də qoyulub"
Prezident və xanımı Alban məbədi ilə tanış oldu - FOTOLAR
Xatirə izləyicilərini təhqir etdi
Prezident və xanımı Zəngilanda çinar ağacları əkdi
Əsas güclər Ermənistanın arxasında idi- İlham Əliyev
İlham Əliyev: "Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar"
Ali Baş Komandan: “Müharibənin yalnız birinci mərhələsi başa çatıb”
Biz düşməni məcbur etdik və... - İlham Əliyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 