Bu gün Dağlıq Qarabağda atəşkəsin pozulması halları qeydə alınmayıb. ONN media xəbər verir ki, bu bardə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb Qeyd edilib ki, qaynar xəttə gün ərzində 537 zəng qəbul edilib. Bu gün 488, ümumilikdə, 43,5 mindən çox insan Ermənistandan Qarabağa qaytarılıb. Rusiya həkimləri 110-u uşaq olmaqla, 863 nəfərə tibbi yardım göstəriblər. Ümumilikdə, 280 hektar ərazi, 107 km yol, 452 mənzil tikintisi partlamamış hərbi sursatlardan və minalardan təmizlənib. 9 min partlayıcı maddə zərərsizləşdirilib.
Rusiya MN Dağlıq Qarabağla bağlı XƏBƏR YAYDI

