Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, son sutka ərzində 20,3 hektar ərazi, 5 km yol təmizlənib, 18 bina yoxlanıb, 1149 partlayıcı maddə tapılıb və məhv edilməsi üçün çıxarılıb. "Ümumilikdə, Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı (23 noyabr 2020-ci il tarixdən) 320 hektar ərazi partlamamış hərbi sursatlardan təmizlənib, 7 kilometr yol, 15 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 505 yaşayış binası, 12 min 459 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib ", - açıqlamada deyilir. Bundan əlavə, sülhməramlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Dağlıq Qarabağ Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin nümayəndələri ilə birlikdə hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərini axtarır. Qaynar xətt, eyni zamanda, Dağlıq Qarabağdakı itkin düşən iştirakçılar haqqında məlumat toplamağa davam edir: ""Qaynar xətt" işə başladığı gündən bəri 546 müraciət qəbul edilib. Bütün müraciətlər Tərəflərin Barışıq Mərkəzinin axtarış qruplarına köçürülüb" . Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisindəki tapşırıqları davam etdirir, 23 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Qarabağdakı vəziyyətlə bağlı SON MƏLUMAT



Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
Qarabağda SON DURUM
Sülhməramlılarla bağlı ƏN SON MƏLUMAT: 23 noyabrdan bəri...
Qarabağda NƏ BAŞ VERİR? - SON AÇIQLAMA
Rusiyadan Qarabağla bağlı SON XƏBƏR
Qarabağda güclü partlayış səsləri eşidiləcək
Xocavənddə DƏHŞƏTLİ PARTLAYIŞLAR olacaq
Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı
Qarabağdan SON XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 