Gürcüstan Parlamenti baş nazir Georgi Qaxariyaya, onun Nazirlər Kabinetinin heyətinə və hökumət proqramına səs çoxluğu ilə etimad edib. ONN media xəbər verir ki, səsverməni Gürcüstan televiziyaları canlı yayımlayıb. Hakim "Gürcü arzusu" partiyası oktyabrın 31-də keçirilmiş parlament seçkisində 150 yerdən 90 mandatı qazanıb. Seçkinin nəticələri təsdiqlənəndən sonra hökumət istefaya getmişdi. Baş nazir postuna namizəd Qaxariya yeni kabinetin heyətini və hökumət proqramını təsdiq üçün təqdim edib. Gürcüstan hökumətinin yeni heyətində cəmi bir dəyişiklik var - Ədliyyə nazirindən başqa, digər nazirlərin hamısı öz yerində qalıb. "Lehinə 85 deputat səs verib. Əleyhinə səs olmayıb. Gürcüstan Parlamenti hökumət heyətinə etimad votumu göstərib", - parlamentin spiker Arçil Talakvadze iclasda deyib. Gürcüstan hökumətinin tərkibi: Regional inkişaf və infrastruktur naziri - Mayya Tskitişvili, DİN rəhbəri - Vaxtanq Qomelauri, İqtisadiyyat və dayanıqlı inkişaf naziri - Natiya Turnava, XİN rəhbəri - David Zalkaliani, Maliyyə naziri - İvane Maçavariani, Elm, təhsil, mədəniyyət və idman naziri - Mixail Çxenkeli, Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin işi, əmək, səhiyyə və sosial müdafiə naziri - Yekaterina Tikaridze, Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri - Levan Davitaşvili, Ədliyyə naziri - Qoça Lortkipanidze.
Gürcüstanın yeni hökuməti TƏSDİQLƏNDİ



Gürcüstanın yeni baş naziri və hökuməti TƏSDİQLƏNDİ
Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ
Gürcüstanın baş naziri Georqi Kvirikaşvili istefa verdi
Gürcüstan fövqəladə rejim tətbiq edir
Gürcüstanda hökumətin yeni tərkibi açıqlandı
Gürcüstanın yeni baş naziri kimdir?
Parlament binasının önündə gərginlik - GÜRCÜSTANDA
Gürcüstanda 6 deputat hakim partiyadan İSTEFA VERDİ
Gürcüstan hökuməti İSTEFAYA GETDİ
Gürcüstanın yeni hökumətinə nə vaxt etimad göstəriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 