Yaponiya hökuməti bu gündən ölkəyə giriş qadağasını tətbiq edir və bütün dünya ölkələrinin vətəndaşlarına vizaların verilməsini dayandırır. ONN media xəbər verir ki, qadağa ən az gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq. Beləliklə, ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizaları olan vətəndaş və əcnəbilər daxil ola biləcəklər. Britaniya ştammının aşkar edildiyi ölkələrdən qayıdanlar sərhəddən keçərkən gəlişindən əvvəl 72 saat ərzində əldə olunan koronavirus testinin mənfi cavabını təqdim etməli, hava limanında isə daha bir testdən keçməli olacaqlar. Hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tailand, Vyetnam, Sinqapur, Malayziya və s. daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrindən iş adamları və işgüzar heyətlər Yaponiyaya girə biləcəklər. Eyni zamanda, miqrasiya nəzarəti xidməti 28 dekabrdan əvvəl verilmiş vizaların etibarlığını ləğv etməyib. İstisna İngiltərədə və Cənubi Afrikada əldə edilən sənədlərə və Yaponiyaya gəldikdən əvvəl 14 gün ərzində bu iki ölkəyə səyahət etmiş insanlara aiddir. Bu kateqoriyalar üçün ölkəyə giriş bağlıdır. Qeyd edək ki, Yaponiya 2 gün öncə dekabrın 28-dən yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandırmaq barədə qərar çıxarıb.
Bu ölkəyə giriş məhdudlaşdırılır



Bu ölkə sərhədlərini dünyaya açdı
Bu ölkədə pandemiya ilə bağlı ölkəyə giriş qaydaları yumşaldılır
Çində son vəziyyət necədir?
Daha bir ölkə qapılarını azərbaycanlıların ÜZÜNƏ AÇDI
Belarus və Polşa arasında növbəti problem- VİZA LƏĞV OLUNDU
Gürcüstan ölkə vətəndaşları üçün məcburi təcridi ləğv edir
Ermənistanda gələn ilə kimi KARANTİN ELAN EDİLDİ
Koronavirusla bağlı DƏHŞƏTLİ RƏQƏM
Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə verildi
Türkiyə turistlərin ölkəyə giriş qaydalarını dəyişdirir
10 ildə neçə ölkəyə vizasız getmək hüququ əldə etmişik?
Rusiyaya getmək istəyənlərə ŞAD XƏBƏR: Bu tarixdən...
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 