Elə insanlar var ki, onlar illərlə xəstələnmir və hər kəs onlara həsəd aparır. Bu qrup adamları birləşdirən bir neçə vərdiş var. Onların 7 sirrini təqdim edirik: 1. Çox maye qəbul edirlər Orqanizm və hüceyrələr sudan ibarətdir və su ilə qidalanır. Əgər bir insan orqanizmdə itirdiyi su ilə qəbul etdiyi suyun tarazlığını qoruya bilsə, immuniteti daim güclü olar. Susuzlaşma həzm sistemini çökdürür, yorğunluq verir. Su qaraciyər və böyrəklər üçün də vacibdir. Su az içdikdə orqanizm zəhərlənir. Bu orqanizmdə virus və bakteriyalar asanlıqla çoxalır. 2. Şəkərdən, qənddən imtina Elmi araşdırmalar göstərib ki, çox miqdar şirniyyat və şəkər immuniteti 17 dəfə azaldır. İmmunitetə,hüceyrələrə ümumiyyətlə ağ şəkər lazım deyil. Qədimdə çayı quru meyvə, çərəzlə içərdilər. Konfet, şəkəri, şokoladı minimuma endirin. Eləcə də qazlı içkidən imtina edin. 3. Çox meyvə-tərəvəz yeyirlər Bu qidalar çox miqdar antioksidantlar, lif və vitamin tərkiblidir. İnsan gündə yarım kq tərəvəz, bir o qədər mövsümi meyvə yeməlidir. 4. Natural bioəlavələr və preparatları qəbul edirlər İndi qidalarla vitamin-mineral ehtiyatını artırmaq mümkün deyil. Vaxtında orqnanizmdə nəyin çatışmadığını bilib, ona qarşı tədbir görür. Məsələn, D vitamin, dəmir, B qrup vitamin, sink və s. qəbul edir. Eləcə də sağlamlıq üçün faydalı super qidalar – kinoa, matte çayı, sarıkök, ktan toxumu, dəniz yosunu və s. qəbul edir. Bununla da orqanizmin müdafiə gücü ikiqat artır. 5. C vitaminini unutmayın Bu vitamin immunitet üçün vacibdir. Əgər bir insanda C vitamini çatmırsa onu istənilən virus və bakteriya yoluxur. Təkcə limon və portağal qəbul etməklə iş bitmir. İldə 1-2 dəfə orqanizmə C vitamini preparatı ilə kurs müalicə lazımdır. ELəcə də C vitamini itburnuda, kivi, bolqar bibəri, kələm və suyunda çoxdur. Hər səhər ilıq suya limon sıxıb için. 6. Bütün yeməklərini göyərti ilə yeyirlər Əgər siz hər yeməyinizə göyərti doğramağa adət etsəniz, orqanizmdə A, E və C vitamini, eləcə də orqanik turşular bol olacaq. Bir dəstə göyərti möcüzə yarada bilər. 7. Süd məhsulları sevirlər Bağırsaq immunitetin evi, ikinci beyindir. Sağlam mikroflora isə süd məhsulları ilə formalaşır. Burda təmiz süd yox, daha çox kefir, kəsmik, qatıq, ayran, turş süd məhsulları çox qəbul edilməlidir. / "Medicina"
Heç xəstələnməyən adamların 7 SİRRİ



Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi
Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR
Acqarına su içməyin sağlamlığa - 10 FAYDASI
Xərçəngə səbəb olan 4 növ məhsul
Oruc tutanda halsız olmamaq üçün bunları edin
Çox şirin içkilər bu orqanı sıradan çıxarır
Sağlam yaşamaq üçün mütləq oxuyun
Meyvə şirələri həyatı qısaldır?
Gündə nə qədər şəkər yeyə bilərik?
Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz - SƏBƏB
Soyuqlar düşdü, xəstələnməmək üçün bunu edin
Vegeterianlar öz qida rasionlarına bunları daxil etməlidirlər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 