Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib. ONN media xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ildə koronovirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr inkişaf edib. Bu baxımdan keçən ilin sonlarında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin Rusiyaya, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçukun isə hazırda ölkəmizə səfər etməsi bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib. Görüşdə 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətləri müzakirə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
İlham Əliyev Aleksey Overçukla görüşdü



İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi
İlham Əliyev Overçuku qəbul etdi - YENİLƏNDİ
Prezident Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul etdi
İlham Əliyev Aleksey Overçuku qəbul etdi
İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul etdi
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Prezident Overçuku qəbul etdi - YENİLƏNDİ
Rusiyanın 14 şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət etdi
Prezident serbiyalı naziri qəbul etdi
İlham Əliyev Maksim Oreşkinlə görüşdü
Şahin Mustafayev Rusiya ilə sərhəddə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 