Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir. ONN media xəbər verir ki, bu barədə “medaport” teleqram kanalı yazıb. Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib: “8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”. Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda hərbi qulluqçuların sayı azalacaq. Bu, Qarabağda – Xankəndi, Xocavənd və Xocalıda hələ də qalan erməni silahlı birləşmələrinin tezliklə çıxarılacağı deməkdir. 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın 4-cü maddəsində erməni silahlı birləşmələrinin sülhməramlıların yerləşməsinə paralel olaraq çıxarılacağı əksini tapıb. Lakin razılaşmadan iki aya qədər vaxt keçməsinə baxmayaraq, bu hələ də reallaşmır. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ortaya qoyub və gözləntilərə görə, 11 yanvarda (tarix dəyişə də bilər) Moskvada baş tutacaq Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşündə bu məsələ həll olunmalıdır. “Armenian military portal” teleqram kanalı da bir neçə gün öncə yazırdı ki, yaxın gələcəkdə Ermənistan ordusu Qarabağdan tamamilə çıxarılacaq: “Qarabağda yalnız yerli əhali, sülhməramlılar və az sayda erməni qüvvəsi qalacaq”.
Bildirişlər göndərildi: erməni hərbçilər Qarabağdan TAMAMİLƏ ÇIXARILIR



Terrorçular erməni ordusunda xidmət edəcək
Ermənilərdən etiraf: Texnikalarımız Qarabağdan çıxarılır
Ermənistan ordusunda koronavirus yayıldı
Müdafiə Nazirliyi daha bir rəsmi məlumat yaydı
Ermənilər Xankəndindən belə çıxarılır
Ordumuz erməni mövqelərini darmadağın edir
Ermənistan ordusunda ciddi böhran - Nazirlik etiraf etdi
Ceyhun Bayramovdan Ermənistana: Hərbiçilərinizi çıxarın!
Ermənistan ordusunda kütləvi koronavirus yayıldı - Çox sayda əsgər...
Ermənistan ordusunda fərarilərin sayı durmadan artır
Ermənistan 12 gündür iki hərbçini axtarır
Ermənistan ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 