Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları və gəncləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində də bütün şəhid ailələrini ziyarət etmiş, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər. Onu da qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. O cümlədən qazilər, müharibədən tərxis olunanlar və hal-hazırda hərbi xidmətini davam etdirən hərbçilərin ailələri də diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə ciddi maraqlanır və həlli üçün səylərini əsirgəmirlər. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş fəaliyyətində əsas isiqamət olaraq qalacaqdır.
Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə növbəti görüş 8 yanvar 2021-ci il tarixdə Nərimanov rayonunda açıq havada karantin qaydalarına tam riayət edilməklə keçirilmişdir. Görüşün keçirilməsində məqsəd Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində iştirak edən qazi və ordudan təxris olunmuş gənclərimizlə mütəmadi keçirilən görüşləri davam etdirmək, qaziləri və Vətən Müharibəsi iştirakçılarını düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edərək müzəffər Ordumuzun göstərdikləri şücaətlərin əsl qəhrəmanlıq olduğunu diqqətə çatdırmaq və onlara dövlət qayğısını göstərməkdən ibarət olmuşdur. Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Vətən Müharibəsi Qəhrəmanı olan şəhid polkovnik Nudirəliyev Zaurun qızı Nudirəliyeva Pəri, Vətən Müharibəsinin şəhidi Əhmədağa İskəndərovun atası Novruz İskəndərov, Vətən Müharibəsində iştirak etmiş müharibə iştirakçıları və qazilər iştirak etmişlər. Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açılmış, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilmişdir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri və müharibə iştirakçıları bu diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Hər zaman dövlətin onların yanında olduğunu bildirən natiqlər göstərdikləri şücatə görə hər bir qaziyə təşəkkür etmişdir. Bundan sonra da dövlətin qayğısını daim hiss edəcəkləri vurğulanmışdır.Nərimanov rayonunda Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə görüş keçirilib



Nərimanov RİH-in müharibədən qələbə ilə qayıdan əməkdaşı belə qarşılandı
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
Şəhid Azad Hümbətovun anım tədbiri keçirilib - FOTOLAR
Könüllülərin iştirakı ilə fləşmob keçirildi
Vətən müharibəsinin başlamasından bir il ötür
Şəhid ailələri və Qarabağ əlillərinə 107 ev verildi
Zakir Həsənov Azərbaycan ordusunu təbrik edib
Zəfər Günü Naxçıvan Qarnizonu Qoşunlarında təntənəli qeyd edilir
MM İlham Əliyevi təbrik etdi
Zakir Həsənov ordumuzu təbrik etdi
Baş Prokuror Kəlbəcər və Qubadlıda açılış etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 