ONN İnformasiya Agentliyi

Neftçalada motosiklet qəzaya düşdü - ÖLƏN VAR

Neftçalada motosiklet qəzaya düşdü - ÖLƏN VAR
10-01-2021, 22:35

Neftçala rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media  xəbər verir ki, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. / "Report"

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png