Qarabağla bağlı üçtərəfli razılaşma qətiyyətli şəkildə tətbiq olunur.
ONN media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə Kremldəki görüşdə deyib.
V.Putin liderləri Moskvada salamlamaqdan məmnun olduğunu dilə gətirib: “9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmamızın gedişatını, mövcud problemlərin həllini və bölgədə sülhün təsis edilməsini birlikdə müzakirə etmək üçün verdiyimiz təklifə müsbət yanaşdığınız üçün sizə minnətdaram. Rusiyanın axan qanı dayandırmaq, vəziyyətə sabitlik gətirmək və davamlı atəşkəsi təmin etmək üçün ortaya qoyduğu aktiv vasitəçilik təşəbbüslərinə müsbət yanaşdığınız üçün də təşəkkür edirəm”.
Rusiya prezidenti bölgədə vəziyyətin stabil olduğuna və hazırda 48 min insanın evlərinə geri qayıtmasına diqqət çəkib: “Bu gün məmnuniyətlə bildirə bilərik ki, Qarabağla bağlı üçtərəfli razılaşma qətiyyətli şəkildə tətbiq olunur. Bizə görə bu durum Qarabağda illərdir davam edən münaqişənin uzunmüddətli şəkildə və tamamilə başa çatması üçün lazımi şəraiti yaradır”.
“Silahlı qarşıdurmanın başlanmasını xalqların taleyi üçün narahatlıq və qayğı ilə izlədik. Genişmiqyaslı döyüş əməliyyatları, təəssüf ki, insan tələfatına səbəb oldu. Zaqafqaziyada, onsuz da, çətin vəziyyəti və terrorizmin yayılma risklərini daha da artırdı”, - V.Putin qeyd edib.



Putindən QARABAĞ AÇIQLAMASI
SON DƏQİQƏ: İlham Əliyev, Paşinyan və Putinin görüşü başladı
Putindən Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Putin: "Bütün məsələlər hələ həllini tapmayıb"
Putinlə İlham Əliyev təkbətək görüşdü
Putin və Paşinyan telefonla danışıb
Putin-Paşinyan görüşü başladı
Putindən KRİTİK Qarabağ AÇIQLAMASI
Əliyev, Putin və Paşinyan görüşə bilər
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 