Bakıda zavodda ölüm hadisəsi baş verib. Qaradağ rayon prokurorluğundan ONN media -ya verilən məlumata görə, hadisə yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda güclü PARTLAYIŞ: ölən var


Sədərək ticarət mərkəzində qorxunc olay - ÖLƏN VƏ YARALANAN VAR
Bakıda zavodda faciəvi hadisə - ÖLƏN VAR
Bakıda iş yerində QORXUNC OLAY: Mişar başını kəsdi
Prokurorluq Nərimanovdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI
Bakıda daş karxanasında ÖLÜM OLAYI
Ağsuda tikintidə FACİƏ: fəhlə öldü
Mebel sexində ÖLÜM OLAYI
Bakıda fəhləni elektrik cərəyanı vuraraq öldürdü
Bakıda tikilən çoxmərtəbəli binada faciə - ÖLƏN VAR
Xırdalanda çoxmərtəbəli binada DƏHŞƏT YAŞANDI - Ölən var
Bakıda tikilən "Xəyal Adaları"nda dəhşətli hadisə - ÖLƏN VAR
Azərbaycanda həkim səhlənkarlığı - Yeni doğulmuş uşaq öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 