Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində səfərdə olan Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu ilə görüşüb.
ONN media bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.
“Bu, iki ölkə arasında yeni münasibətlərin başlanğıcıdır. Bizi ortaq dəyərlər və Avropa ilə münasibətlərdə gündəlikdə duran məsələlər birləşdirir. Biz Moldova prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və Krımın Ukrayna olması ilə bağlı yanaşmasını yüksək dəyərləndiririk", - deyə V. Zelenski qeyd edib.
Xatırladaq ki, Moldova prezidenti Ukraynaya avtomobillə səfər edib.