Ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülüb. ONN media xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunub. Hazırda Zavodun modernizasiyası işlərinin davam etdiyini və layihənin maliyyə yükünün artırılmasının zəruriliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır. Bundan başqa, koronovirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilıb.
Bu məhsullar Azərbaycana rüsumsuz idxal olunacaq



Bu məmulatlar gömrük rüsumlarından azad edildi — QƏRAR
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda yeni zavod tikiləcək
SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
Aİ-92 benzini ilə bağlı qərarın hansı təsirləri olacaq?
Əli Əsədovdan vergi və gömrüklə bağlı QƏRAR
Baş nazir Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda gömrük rüsumları dəyişəcək
Tibbi maskalarla bağlı VACİB QƏRAR
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR
SOCAR İran neftindən imtina edir – Rəsmi
Prezident fərman imzaladı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 