Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Güzəştlərin çox qısa müddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Aİ-92 benzini idxalının müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsinin qiymətə təsirini şərh edərkən deyib. O bildirib ki, bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək:
"Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədəuyğundur".
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Gələn aydan tətbiq ediləcək güzəştlər iyunun 1-dək qüvvədə qalacaq.



SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
SON DƏQİQƏ: "Aİ-95" və "Aİ-98" benzinin qiyməti QALXACAQ
“Aİ-92” markalı benzinin istehsalı dayandırılır
SOCAR-dan benzin qiymətləri ilə bağlı - AÇIQLAMA
Aİ-95 markalı benzinlə bağlı YENİLİK
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ SƏBƏBLƏR
Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı
Aİ-92 markalı benzinlə bağlı QƏRAR VERİLDİ
Benzinin qiyməti bahalaşdı
Nazirlər Kabinetinin yeni qərarı benzinin qiymətinə təsir edəcəkmi?
Azərbaycanda benzinin qiyməti bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 