Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir. Bu barədə ONN media -ya nazirlikdən məlumat verilib. "Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Qeyd edək ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir. Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq", - nazirlikdən bildirilib. https://youtu.be/rgAL-DwDGJc
Müdafiə Nazirliyi bu şəxslərə qarşı reydlərə başladı - VİDEO



Müdafiə Nazirliyi məlumat yaydı
Hərbi geyimlər və fərqləndirmə nişanları ilə bağlı fərman
Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması dəyişdirilir - FƏRMAN
Jurnalistin qarşısını kəsən "sülhməramlı" ermənidir?
Baş nazirdən yeni qərar
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Hərbi qulluqçular BU TARİXDƏ TƏRXİS EDİLƏCƏK - Prezident imzaladı
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmışların tərxis edilməsinə başlanıldı
Prezidentdən Xarici Kəşfiyyat Xidməti ilə bağlı FƏRMAN
Könüllülərin tərxis olunması ilə bağlı rəsmi açıqlama
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 