Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. ONN media bildirir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a deyib ki, “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər. Söhbət haqqı çatmadığı halda “Jurnalistlər binası”nda mənzillərə sahiblənən şəxslərdən gedir: “İstintaq davam etdiyinə görə, mən çox geniş açıqlama vermək istəmirəm. Amma, Baş Prokurorluğun yaydığı məlumatlara görə, həbs edilmiş və barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş Vüqar Səfərlinin rəhbərlik etdiyi qurumun fəaliyyəti tam araşdırılacaq. Əgər mənimsəmə və digər hallardan başqa, həmin binada mənzil almağa hüququ olmayan şəxslərin mənzillə təmin olunduğuna dair fakt qeydə alınsa, bu, istintaq zamanı araşdırılacaq. Belə hallar olarsa, mülkiyyətə dair bağlanmış müqavilə ləğv ediləcək. Mən ümid edirəm ki, daha sonra həmin mənzillər hüququ çatan jurnalistlərə veriləcək”.
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” – ŞOK



Məhkəmə Vüqar Səfərli barədə QƏRAR VERDİ
Vüqar Səfərlinin mülklərinə HƏBS QOYULDU
SON DƏQİQƏ: Vüqar Səfərlinin sürücüsü də həbs olundu
Vüqar Səfərlidən XƏBƏR VAR
Məhkəmədən Vüqar Səfərli barədə QƏRAR
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
AMEA-da nə baş verir?- Cinayət işi açıldı
Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır
Vüqar Səfərlinin məhkəməsinin vaxtı məlum oldu
Vüqar Səfərli məhkəmə qarşısına çıxarılır
SON DƏQİQƏ: Vüqar Səfərli həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 