Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olundu. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edildi. İndi isə gəlin, bu Zəfəri bizə yaşadanların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək! Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaqdır. Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır! Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik. Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32



Zəfər Muzeyinin yeri məlum oldu
İlham Əliyevdən döyüşlərlə bağlı UNİKAL ADDIM
Mehriban Əliyeva mühüm TAPŞIRIQ VERDİ
Bakıda səmaya 3000-dək işıq fənəri buraxıldı
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin əsas missiyası açıqlandı
Sənə zəfər yaraşır- Ceyhun Bayramov
Bu gün Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq
Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək
Nərimanov rayonundakı 69 saylı körpələr evi-uşaq bağçasında MÖHTƏŞƏM Zəfər bayramı tədbiri keçirilib
Mikayıl Cabbarov Zəfər günü ilə bağlı paylaşım etdi
“Zəfər Yolu” layihəsi Ağdamda tədbir keçirdi
Diaspor Komitəsi dünya azərbaycanlılarına müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 