Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonunun işğal zamanı “Drmbon” adlandırılmış Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq, Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər. ONN media xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb. Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə gedib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla Vardenisə (Basarkeçər) getməyinə şərait yaradılsın. Onların sözlərinə görə, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol qət etməlidirlər, halbuki Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edir. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər. Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında “artsax” ifadəsi işlədən rus general ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. “Onlar artıq belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm…” – deyə Rusiya generalı əlavə edib. O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək “Yaşasın Sovet İttifaqı!” söyləyib… Yolun açılmasına gəlincə isə general bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.(moderator.az)
Ermənilər Kəlbəcərdə yolu bağladı - NƏ BAŞ VERİR?



Qarabağdan çıxan ermənilər bura yerləşdirilir
Ermənilərin qanunsuz istismar etdiyi Heyvalı mədənində partlayış baş verib
Kəlbəcərdən çıxan sonuncu ermənilər belə getdi
Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏR
Laçın dəhlizi tam bağlandı
Qarabağdan gedən ermənilər Ermənistanı da tərk edir? - ŞOK AÇIQLAMA
Ermənilər səfirliyimizin önündə aksiya keçirib
Erməni zabitlərdən ŞOK ETİRAF: Kəlbəcər tələ idi...
Ermənilər Tehranda Azərbaycana qarşı aksiya keçirdi
SON DƏQİQƏ: Ermənilər sülhməramlıları atəşə tutub
Azərbaycan polisindən Xankəndidə erməni sakinlərə jest
Rusiya sülhməramlıları ilə ermənilər arasında qanlı insident - İki sülhməramlı yaralanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 