Yanvarın 19-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. ONN media xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2020-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti haqqında hesabat, partiyanın 2020-ci il üzrə maliyyə hesabatı, eləcə də İdarə Heyətinin 2021-ci ilin birinci rübünə dair iş planı müzakirə olunaraq qəbul edilmişdir. İdarə Heyətinin iclasında vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biri olmuşdur. Vətən müharibəsi dövründə YAP milli həmrəyliyə səsləyən bir sıra bəyanat və müraciətlər qəbul etmiş, Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Youtube”, “Twitter”, “Facebook”, “İnstagram” və “Telegram” üzərindən çoxsaylı aksiyalar keçirmiş, 55 beynəlxalq təşkilata, 75 beynəlxalq KİV-ə, 197 parlamentə, onların sədrlərinə və deputatlarına, 97 dövlət və hökumət başçısına, 187 siyasi partiyaya, 165 ölkənin xarici işlər nazirliklərinə, ümumilikdə 800-ə yaxın ünvana təxminən 500 minədək e-mail göndərmişdir. İdarə Heyətinin iclasında 2020-ci il fevral ayının 9-da Milli Məclisə seçkilərin keçirilməsində, habelə koronavirus pandemiyasına qarşı mübarizənin aparılmasında Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Prezidentin sərəncamı ilə könüllülər ili elan edilən 2020-ci ildə partiyanın könüllüləri pandemiya ilə mübarizə çərçivəsində 70 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ayrılmış yardımların çatdırılmasını təmin etmişdir. İdarə Heyətinin iclasında, həmçinin YAP-ın 2020-ci ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olmuşdur. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir. Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Quvvələrin Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 621 manatı təmir işlərinə, 457 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilmişdir.
YAP hesabat verdi



SON DƏQİQƏ: YAP-ın namizədləri TƏSDİQLƏNDİ - Köhnə deputatların adı...
Ramiz Göyüşov YAP-an çıxarıldı - SON DƏQİQƏ
SON DƏQİQƏ: YAP namizədlərini MÜƏYYƏNLƏŞDİRDİ
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul etdi
YAP bələdiyyə seçkilərinə hazırlıqlara start verdi
YAP parlament seçkiləri ilə bağlı qərar verdi
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
YAP toplanır — Bu şəxslərin məsələsinə baxılacaq
MÜSİAD Azərbaycan İdarə Heyətinin yeni tərkibi elan edildi
Üç məşhur YAP siyahısından çıxarıldı
Prezident yeni sədri qəbul etdi
YAP prezidentliyə namizədini açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 