Cozef Bayden rəsmən prezident olduqdan sonra ilk addım kimi Trampın imzaladığı bəzi qərarları ləğv edib. ONN media xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, ilk olaraq o, ölkənin Paris iqlim razılaşmasına qayıtması barədə sərəncam imzalayıb. Bayden Kanada ilə sərhəddə “Keystone XL” neft kəmərinin tikintisinin dayandırılmasına dair əmr də imza atıb. Maraqlı məqam odur ki, bu kəmərin tikintisinə 2015-ci ildə Barak Obama qarşı çıxsa da, Tramp prezident olduqdan sonra buna izn vermişdi. Baydenin imzaladığı növbəti əmr isə 6 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağanın ləğvi ilə bağlı olub. Tramp dövründə qadağaların şamil edildiyi ölkələr sırasında Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən yer almışdı. Bayden həmçinin ABŞ-ın ÜST-ə qayıtması, eləcə də Meksika ilə sərhəddə divarın tikintisinin dayandırılması haqqında da sərəncam imzalayıb.
Bayden Trampın məşhur qərarlarını LƏĞV ETDİ



Bayden AND İÇİR: Obamadan gəldi, Tramp isə...
Cozef Bayden: "Yoruldum"
Trampın qərargahından açıqlama: "Tələsdi..."
ABŞ Paris sazişinə qayıtdı
Tramp yenidən prezident olsa, NATO yox olacaq - Bayden
Bayden ABŞ-ın yeni prezidentidir
Bayden oğlunun ölüm səbəbini açıqladı- SƏBƏB ABŞ-dır?
Bayden Almaniyaya getdi
Bayden ABŞ tarixində ilkə imza atdı
Tramp Ağ Evi belə tərk etdi
Bayden Orbanla Trampın görüşünə əsəbiləşdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 