İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2021-ci il 24-25 yanvar tarixlərində Azərbaycan Respublikasına səfər edəcək. İranın Azərbaycandakı Səfirliyindən ONN media -ya verilən məlumata görə, səfər zamanı o, Prezident İlham Əliyev, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək. "Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Buraya iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq və s.), İranın 10 Noyabr Bəyanatı (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı, Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı daxildir", - deyə məlumatda bildirilir. İran xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.
Zərifin Azərbaycana səfər tarixi və proqramı açıqlandı



Cavad Zərifin Azərbaycana səfəri başladı
İran XİN başçısı Azərbaycana səfər edəcək
Ceyhun Bayramovun Tehran səfəri ilə bağlı AÇIQLAMA
Ceyhun Bayramov Məhəmməd Cavad Zəriflə görüşdü
İranın XİN başçısı Azərbaycanda səfərdədir
Cavad Zərif Azərbaycana səfər edəcək
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Nazir
Ərdoğan İrana səfər edəcək
Zərif Türkiyəyə gedir - Gündəmi açıqlandı
Şahin Mustafayev İrana səfər edəcək
İranın Xarici İşlər nazirinin müavini Azərbaycana gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 