Hər qadın yaşından gənc görünməyi arzulayır və bunun müəyyən sirləri var. Kosmetoloq Yekaterina Morozovanın sözlərinə görə, gənc qızlar yetkin insanların dərisi üçün nəzərdə tutulan prosedurlardan imtina etməlidir. Ekspert qeyd edib ki, bəzi prosedurlar gənc qızların dərisinə zərər verə bilər. ONN media xəbər verir ki, Y.Morozova ilk növbədə 20 yaşda kəskin pilinqlər etdirməyin əleyhinədir. “Məsələn, 20 yaşda kəskin dəri soyulması (pilinq), almaz dermabraziya, plazma müalicəsi, botulinum terapiyası edə bilməzsiniz. Gənc yaşda insan belə kosmetik müdaxilələrə çox diqqətli olmalıdır. Bu dövrdə dəri güclü hormonal dəyişikliklərə məruz qalır və ətraf mühitə yenicə uyğunlaşmağa başlayır. Odur ki, dəriyə zərər verməyəcək düzgün baxımı seçmək vacibdir. 25 yaşda SMAS liftinq, biorevitalizasiya və botulinum müalicəsi zərərlidir. Ən yaxşı effekt üz masajı sayəsində əldə edilə bilər. Lenfatik drenajı seçmək daha yaxşıdır. 30 yaşdan sonra demək olar ki, bütün gözəllik prosedurları aktuallaşır. Gələcəkdə dərinin solmasının və tonusunu itirməsinin qarşısını ala bilmək üçün bu yaş ən məhsuldar dövrdür. Düzgün müalicə kursu da eyni dərəcədə önəmlidir. 35 yaşdasınızsa, bukkal üz masajı qəti şəkildə zərərlidir. Bu masaj əzələ korsetinin sallanmasına səbəb olacaq. Bütün digər prosedurlar edilə bilər, ancaq kosmetoloqun nəzarəti altında həyata keçirilməlidir”.
Kosmetoloq gənc yaşda qadağan olunan prosedurları açıqladı



35 yaşınız varsa, bunu etməyin!
Qadınlar bu yaşlarında daha gözəl olur - Alimlərdən yeni araşdırma
30 yaşdan sonra dəriyə qulluq qaydaları
Dövlət qulluqçuları nə qədər maaş alır?
Qadınlar hansı yaşda hansı kosmetoloji proseduru etdirməlidir?
Dəridə qırışmaya təsir göstərən amillər hansılardır?
Ölkədə əmək qabiliyyətli yaşda ölənlərin çoxu...
Dövlət qulluqçularının sayı və əməkhaqqı açıqlanıb
Tez evlənmək sağlamlığa xeyirdir - Alimlərdən MARAQLI KƏŞF
Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür- ŞOK
Bu 5 vərdiş dəriyə zərərdir
Bu aktrisanın yaşını bilənlər ŞOK YAŞAYIR: 30 il sirrini gizlədə bilib...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 